Türkiyəyə istirahətə gedənlər azalır
02 MAY

Türkiyəyə istirahətə gedənlər azalır

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2016-cı ilin birinci rübündə ölkəyə gələn xarici turistlərin sayını açıqlayıb. Fins.az-ın məlumatına görə, yanvar-mart aylarında ölkəyə gələn turistlərin sayı 11,5% azalıb. Ən çox azalma yenə də rus turistlərinin sayında müşahidə olunub (56 % azalma). Bununla yanaşı yapon turistlərin sayında 55 %, cənubi koreyalı turistlərin sayı 47 %, ispan turistlərin sayı 39 %, finlərin sayı isə 38 % azalıb. Statistikaya əsasən, son 3 ayda Türkiyəyə gedən azərbaycanlıların da sayı ötən illə müqayisədə 17 % azalıb. Belə ki, ötən ilin birinci rübündə Türkiyəyə 126 886 nəfər azərbaycanlı turist istirahət üçün Türkiyəni seçibsə, bu ilin 3 ayında bu rəqəm 105 559 nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır