Bakının ən məşhur hotelləri - SİYAHI
02 MAY

Bakının ən məşhur hotelləri - SİYAHI

Aprel ayında mətbuatda haqqında ən çox danışılan hotel və biznes mərkəzlərinin adları məlum olub. Fins.az xəbər verir ki, Media Consulting & Services şirkəti ötən ay mətbuatda haqqında daha çox danışılan hotellərin adını açıqlayıb.

Hotellər üzrə mətbuatda ən çox adı hallanan hotel “Excelsior Hotel Baku”dur. Bu hotel haqqında mətbuatda 113 məlumat yazılıb. İkinci haqqında daha çox danışılan hotel isə 91 məlumatla ““Hilton”dur. “Park İn”  84 məlumatla 3-cü, 68 dəfə adı hallanan “Fairmont Baku” 4-cü, 61 məlumatda adı hallanan isə   “Marriott Absheron” isə 5-ci yerdədir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır