Türkiyə Aİ-nin bütün 28 ölkəsi üçün viza rejimini ləğv edir
03 MAY

Türkiyə Aİ-nin bütün 28 ölkəsi üçün viza rejimini ləğv edir

Türkiyə Avropa İttifaqının bütün 28 ölkəsi üçün viza rejimini ləğv edir. Bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəsmi nümayəndəsi Marqaritis Sxinas bildirib.

Fins.az xəbər verir ki, M.Sxinas Ankaranın bu addımının Aİ-ilə vizasız rejim əldə etmək üçün yerinə yetirdiyi vacib tələblərdən biri olduğunu vurğulayıb.

Bir qədər əvvəl KİV-lər Türkiyənin kiprli yunanlar üçün viza rejimini ləğv etdiyini yazmışdılar. Lakin bu qərar Kiprin Ankara tərəfindən rəsmən tanınması demək deyil. Ankaranın Aİ-ilə imzaladığı razılaşmaya uyğun olaraq, viza rejimini aradan qaldırmaq barədə qərarı Şengen zonası ölkələrinin türklər üçün vizaları ləğv etməsindən sonra qüvvəyə minəcək. Bunun üçün Türkiyə Aİ-nin şərtlərini yerinə yetirməli, o cümlədən Kipr hökumətinin legitimliyini tanımalıdır.

Xatırladaq ki, ötən həftə Avropa Komissiyası qarşı tərəfin bütün şərtləri yerinə yetirəcəyi təqdirdə mayın 4-də Türkiyəyə vizasız rejim təklif edə biləcəklərini bildirmişdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır