Bakı rus turistlərinin ən çox sevdiyi 5 şəhərdən biri oldu
10 MAY

Bakı rus turistlərinin ən çox sevdiyi 5 şəhərdən biri oldu

Bakı may bayramı günlərində rusiyalı turistlərin ən çox səyahət etdikləri 5 şəhər siyahısına daxil olub. Azərbaycan paytaxtından başqa bu siyahıda Minsk, Riqa, Praqa, Vilnüs də var.

Rusiyanın “Travel.ru” turizm xidməti bu il may bayramı günlərində yerli turistlərin üstünlük verdikləri səyahət istiqamətlərini müəyyən edib. Reytinq mayın 1-dən 10-dək otellərdə olunmuş bronların sayı əsasında tərtib edilib.

Mütəxəssislərin hesablamalarına görə, təkcə mayın 9-da - Qələbə Günü istirahət etmək üçün rusiyalı turistlər daha çox Bakı, Minsk və Praqanı seçiblər.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır