Bakıda İran kino həftəsi başlayır - GİRİŞ PULSUZDUR
11 MAY

Bakıda İran kino həftəsi başlayır - GİRİŞ PULSUZDUR

Mayın 14-də Bakıda İran kinosu həftəsi başlayacaq. İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə İran kino həftəsi keçiriləcək.

Açılış mərasimi mayın 14-də saat 18:00-da Nizami Kino Mərkəzində təşkil olunacaq. Kino həftəsi çərçivəsində mayın 14-də “143-cü çuxur”, mayın 15-də “Bir dişləm qənd”, mayın 16-da “Bu gün”, mayın 17-də “Nəqqaşlıq hovuzu” filmləri Nizami Kino Mərkəzində 19:00-da nümayiş olunacaq. 

Açılış mərasimi dəvətnamə ilə olacaq. Qalan bütün seanslara giriş pulsuzdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır