"Türk Hava Yolları" Azərbaycana turist gətirəcək - AÇIQLAMA
14 MAY

"Türk Hava Yolları" Azərbaycana turist gətirəcək - AÇIQLAMA

“Türk Hava Yolları” şirkəti Azərbaycanda turizmin inkişafına dəstək vermək istəyir. Fins.az xəbər verir ki, bu barədə aviaşirkətin akıdakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas bildirib. Onun sözlərinə görə Azərbaycan son zamanlar turizmin inkişafına xüsusi diqqət ayırıb. “Biz də bundan istifadə edərək həm Azərbaycan turizminin inkişafına dəstək vermək, həm də turistləri öz aviaşirkətimiz vasitəsilə cəlb etmək istəyirik. Mənim şəxsi fikrimcə Azərbaycan turizm cəhətdən ziyarət edilməli bir ölkədir.

Çünki tək Bakı ilə deyil, həm də təbii gözəlliklərlə dolu digər bölgələrinin təbiəti ilə də turistlərin diqqətini çəkə biləcək bir səviyyədədir. Bundan əlavə Azərbaycanın qış turizmi cəhətdən də inkişaf edən bölgələri var. Son dövrlərdə xidmət sahəsində qiymətlərin aşağı düşməsi nəticəsində demək olar ki, burada turist axınının olması üçün gözəl şərait yaranıb. Biz də Azərbaycana dəstək üçün uçuşlar həyata keçirdiyimiz digər istiqamətlərdə buranın turizm tanıtımı üçün işlər görmək istəyirik”, - deyə S.İlyas vurğulayıb. Seyfullah İlyas qeyd edib ki, bununla bağlı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə görüşlər keçirilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır