Yeni aviareys açılır
16 MAY

Yeni aviareys açılır

Misirin "Air Cairo" aviaşirkətinin həyata keçirəcəyi Bakı-Şarm əş-Şeyx marşrutu üzrə müntəzəm uçuşların başlanma tarixi məlum olub.

Aviaşirkətdən verilən məlumata görə, marşrut üzrə ilk uçuş iyunun 3-də həyata keçiriləcək.

Məlumata görə, uçuşlar həftənin cümə günü "Airbus-320" təyyarəsi ilə həyata keçiriləcək. Təyyarə saat 09:30-da Bakıdan havaya qalxacaq, yerli vaxtla 11:00-da Şarm əş-Şeyxə eniş edəcək.

Əks marşrutla isə təyyarə saat 03:00-da havaya qalxıb, 08:30-da Bakıda olacaq.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır