Bakı sakini “Formula 1” görə öz eyvanına bilet satır – FOTO
19 MAY

Bakı sakini “Formula 1” görə öz eyvanına bilet satır – FOTO

Bakıda “Formula 1” yarışının keçirildiyi ərazisində yerləşən mənzillərdən birinin sakini öz eyvanını yarışa tamaşa etmək istəyənlərə təklif edir. 

Fins.az Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə mənzil sakini öz eyvanına bilet satmağa başlayıb.

Belə ki, o qeyd edib ki, yarışın 1-ci gün üçün 30 AZN, 2-ci gün isə üçün 50 AZN dəyərindədir. Əsas yarış günü “Formula 1”i izləmək istəyənlər 100 AZN ödəməlidir.

Xatırladaq ki, Bakıda bu il 17-19 iyun tarixlərində “Formula 1” yarışı  keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır