Ukraynaya uçuşlar 2 dəfə ucuzlaşdı
20 MAY

Ukraynaya uçuşlar 2 dəfə ucuzlaşdı

“Ukrayna Hava Yolları” Bakı-Kiyev reysləri üzrə promo tariflər tətbiq edir. Şirkətin Bakı ofisindən fins.az-a verilən məlumata görə, yeni tariflə uçuşlar iki dəfə ucuz başa gəlir. Məsələn, adi qaydada bu istiqamət üzrə bilet sifarişi 350 manatdan başlayırsa, endirimli uçuşlar bir istiqamət üzrə 130 manata, iki istiqamət isə 190 manata başa gəlir. Bu qiymətə yalnız 7 kiloqramlıq əl yükü daxildir. Amma belə endirimli biletlərin sayı məhduddur və Bakıdan Kiyevə may və iyun ayları üçün endirimli biletlər artıq satılıb. İyul və avqust aylarında isə bəzi tarixlər üçün bilet sifariş etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır