Hotellərdən pulsuz nə istəmək olar? - SİYAHI
23 MAY

Hotellərdən pulsuz nə istəmək olar? - SİYAHI

Sən demə otellərdə bəzi əşyaları pulsuz əldə etmək mümkün olurmuş. Sadəcə bunun üçün müraciət etmək lazımdır. Fins.az hotellərdə pulsuz istənilməsi mümkün olan əşya və xidmətləri təqdim edir: 

Enerji təchizatı avadanlığı və şəbəkə adapteri

Əgər siz mobil telefonunu elektrik enerjisi ilə doldurmağı unutmusunuzsa və oteldəki elektrik yuvası sizin avadanlığa uyğun deyilsə münasib texniki vasitəni oteldən pulsuz ala bilərsiniz. Tanınmış otel brendləri olan Kimpton və Hyatt, eləcə də Sheraton Puerto Rico kimi turizm obyektlərində xüsusi proqram var ki, gələn qonaqlar lazimi avadanlıqlarla pulsuz təmin edilsinlər. 

Yastıqlar 

Bəzi otellərdə qonaqlara müxtəlif formalara, yumşaqlığa və istifadə təyinatına uyğun olaraq yastıqlar təklif olunur. Bu, müştərilərə rahatca xoruldamağa imkan verir. Comrad Hotels şəbəkəsində bu xidmətdən mobil tətbiq vasitəsilə istifadə etmək, yastıqları əvvəlcədən bronlamaq mümkündür. Həmçinin Acqualina Resort and Spa otelində də bu xidmət var. 

Maşa və saç üçün ütü 

Əgər siz özünüzdə lazımi alətlərlə (maşa, saç üçün ütü və s.) təchiz olunmuş stol götürməyi unutmusunuzsa buna görə narahat olmayın. Bəzi otellərdə müraciət etməklə onları əldə edə bilərsiniz. Məsələn, Hyatt, Kimpton, W-Paris-Opera kimi otellərdə bu xidmət var. 

Avtomobil 

Bəzi otellər isə müştərilərini pulsuz olaraq bahalı avtomobillə təchiz edirlər. Məsələn, Thompson Chicago oteli ilə Lexus arasında olan tərəfdaşlığa uyğun olaraq qonaqlar 4 saat müddətinə LS 460, LX 570 və İS350 modellərini test-drayv üçün əldə edə bilərlər. Rancho Valensia Resort and Spa oteli isə müştərilərinə Porshe-nin 911, Panamera Hybrid və Cayenne GTS modellərini təklif edir.   

Yoqa ilə məşğul olmaq üçün xalça 

Bəzi otellər qonaqlara yoqa ilə məşğul olmaq üçün xalça da təklif edirlər. Məsələn, Nyu-Yorkdaklı Hyatt otelində, Vaşinqtondakı Affina otelində, Puerto Rikodakı W Retreas and Spa otelində bu xidmət var. 

Tikiş avadanlığı

Əgər sizin paltarınız cırılıbsa və yaxud düyməniz qırılıbsa, onda iynə-sap ən yaxın dostunuzdur. Bunlar oteldən ala bilərsiniz. W South Beach, W Retreat and Spa, Hilton Hawaiian Village Waikiki Beach Resort, Casa Marina kimi otellərdə sizi tikiş avadanlıqları ilə təchiz edəcəklər. 

Elektron kitab 

Bəzi otellər isə kitab həvəskarlarına Kindle bukriderləri təklif etməyə hazırdırlar. Trump Soho Revere Hotel Boston Common, The James New-York kimi otellərdə hətta hovuzda da kitab oxuya bilərsiniz. 

Diş məcunu və ağız yaxalamaq üçün maye

Bəzi otellərdə isə qonaqlar diş məcunu və ağız yaxalamaq üçün maye ilə pulsuz təmin olunur. Conrad Hotels, Waldorf Astoria, Best Western kimi otellərdə isə bütün bunlarla yanaşı müştərilərə diş fırçası və diş üçün sap də təklif olunur. 

Dırnaq boyasını təmizləmək üçün maye 

Ola bilər ki, səyahət dövründə manikürünüzə nə isə olsun və dırnağınızın boyasını təmizləmək imkan tapa bilməyəsiniz. Affinina, Omni və Wyndham kimi otellərdə bunun üçün maye əldə edə bilərsiniz.

Plastik paketlər 

Uçuşdan əvvəl təmizlik məqsədi ilə götürdüyünüz ləvazimatları qablaşdırmaq üçün plastik paketlər çox yaxşıdır. Oil Nut Bay və Kimpton kimi otellərdən bu paketləri istəy bilərsiniz. 

Gecə lampası

Əgər siz səyahətə uşaqla getmisinizsə və əlavə işıq mənbəyinə ehtiyacınız var o zaman oteldə gecə lampasına ehtiyac duyacaqsınız. Kimpton, Aqualina Resort and Spa kimi otellər sizi məmnuniyyətlə lampa ilə təmin edəcəklər.

Uşaqlar üçün əyləncə 

Əgər oteldə uşaqların əylənməsi üçün oyuncağa ehtiyac duyursunuzsa bunun üçün də müraciət edə bilərsiniz. AlSolHotels and Resorts, Hilton Waikoloa Village, Casa Marina, Waldorf Astoria Resort kimi otellər oyuncağı pulsuz verir.

Foto-video kamera icarəsi 

Bəzi otellər isə müştərilərini foto-video kamera ilə təmin edir. Məsələn, Karib dənizi hövzəsində və Latın Amerikasında yerləşən Martiot otellərində bu imkanlardan istifadə etmək, gəzdiyiniz yerlərin maraqlı anlarını qeydə almaq, onları hətta otellə bölüşə bilərsiniz. 

Elektrik keçiricisi

Əgər nömrənizdə elektrik yuvası azlıq edirsə, otelin qeydiyyat şöbəsinə müraciət etməklə, elektrik keçiricisi ala bilərsiniz. Hilton West Palm Beach və Kimpton kimi otellərdə bu xidmət var. 

Stolüstü oyunlar 

Bir çox otellər, o cümlədən Dorchester Collection və Corinthia Hotel müştərilərinin darıxmaması üçün onları pulsuz stolüstü oyun avadanlıqları ilə təmin etməyə hazırdır. Los Suenos Marriott Ocean və Golf Resort kimi otellərdə isə hətta çempionatlar təşkil olunur. 

İdman avadanlıqları 

Bəzi otellər isə qonaqlarına nəinki yoqa ilə məşğul olmağa xalça, hətta idman paltarları və ayaqqabıları da verir. Məsələn, Vestin oteli New Balance şirkəti ilə birlikdə bu xidməti göstərir. Hyatt otelindən ağırlıqqaldırma, Holton Garden İnn otelindən isə gimnastika avadanlığı əldə etmək mümkündür.

Yeni təcrübə 

Kurortlar arasında müştərilərinə xususi tədbirlər təşkil edənlər, kurslar keçənlər də var. Yaxın vaxtlar nə gözlənildiyini öyrənmək üçün konseryejə müraciət etmək lazımdır. Məsələn, Los Suenos Marriott Ocean and Golf Resort oteli ispan dilini havayı öyrədir. Hilton West Palm Beach otelində isə bəzi idman növləri ilə məşğul olmaq mümkündür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır