Bakıdan İstanbula uçuşlar ucuzlaşdı
24 MAY

Bakıdan İstanbula uçuşlar ucuzlaşdı

“Türk Hava Yolları” Bakı-İstanbul-Bakı aviareysləri üzrə endirim kampaniyasına başlayıb. Turizm şirkətlərindən fins.az-a verilən məlumata görə, may ayının 29-na kimi, iyun ayı üçün gediş-dönüş biletləri 343 manata təklif edilir. Halbuki adi qaydada Bakı-İstanbul-Bakı reysi ilə uçmaq 471 manata başa gəlir. Uçuşlar İstanbulun Sabiha Gökçən hava limanına yerinə yetirilir. Endirimli qiymətə 25 kiloqramlıq baqaj, 7 kiloqram əl yükü və yemək daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır