AZAL-dan yeni aksiya
24 MAY

AZAL-dan yeni aksiya

"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Sankt-Peterburqa və əks istiqamətdəki reyslərdə yeni aksiyaya start verdiyini elan edir. 

Sözügedən marşrut üzrə uçuşlara iyunun 1-dən avqustun 1-dək aviabilet alan AZAL Miles proqram iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: https://www.azal.az/az/azal-miles/miles-programme

Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

Yay "Şimali Palmiraya" - Sankt-Peterburqu bəzən belə adlandırılar - səyahət etmək üçün ilin ən yaxşı vaxtı hesab olunur. İyunun əvvəllərində, "bəyaz gecələr" mövsümündə o, daha əzəmətli görünür. Bu dövr mədəni hadisələr və maraqlı turistik proqramlarla zəngin olan bir dövrdür. Məhz iyunda Rusiyanın "Şimal Paytaxtında" əfsanəvi Deep Purple hard-rok qrupunun solo konserti gözlənilir.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. 

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz: 

 (+99412) 598-88-80;

*8880.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır