Türkiyəyə uçuşlar ucuzlaşdı -QİYMƏTLƏR
24 MAY

Türkiyəyə uçuşlar ucuzlaşdı -QİYMƏTLƏR

“Türk Hava Yolları”  Bakıdan Türkiyənin müxtəlif istiqamətlərinə  uçuşları ucuzlaşdırıb. “Türk Hava Yolları”ndan fins.az-a  verilən məlumata görə,  endirimli qiymətlər 199 avrodan başlayır. Ucuz uçuşlardan yararlanmaq istəyənlər  biletləri  may ayının 30-na kimi sifariş etməlidirlər. Kampaniya iyun ayının sonuna qədər olan uçuşlara aiddir. Biletlər səyahətin başlanğıc günündən 3 gün əvvəl alınmalıdır.İstiqamətlər üzrə endirimli qiymətlər belədir:

Eləcə də bax: Bakıdan İstanbula uçuşlar ucuzlaşdı

Bakı-İstanbul(Atatürk Hava Limanı)-Bakı 239 Avro  (əvvəlki qiymət: 280 avro)

Bakı-İstanbul(Sabiha Gökcen HavaLimanı)-Bakı 199 Avro  (əvvəlki qiymət: 268 avro)

 Bakı-Ankara-Bakı(Atatürk Hava Limanı üzərindən) 293 Avro  (əvvəlki qiymət: 340 avro)

Bakı-Ankara-Bakı(Sabiha Gökcen Hava Limanı üzərindən) 253 Avro  (əvvəlki qiymət: 328 avro)

Bakı-Antaliya-Bakı(Atatürk Hava Limanı üzərindən) 293 Avro  (əvvəlki qiymət: 340 avro)

Bakı-Antaliya-Bakı(Sabiha Gökcen HavaLimanı üzərindən) 255 Avro  (əvvəlki qiymət: 310 avro)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır