Türkiyə hotelləri Ramazan kampaniyası başladı - QİYMƏTLƏR
02 İYUN

Türkiyə hotelləri Ramazan kampaniyası başladı - QİYMƏTLƏR

Türkiyə istirahət mərkəzləri  ramazan kampaniyasına başlayıb. Fins.az-ın məlumatına görə, bu ölkəyə gələn xarici turistlərin azalması nəticəsində hotellərin əksəriyyəti qiymətləri aşağı salmışdı. Turistlərin cəlb edilməsi üçün müxtəlif  endirim aksiyaları davam etdirilir. Fins.az-ın məlumatına görə, Ramazan ayının yaxınlaşması ilə əlaqədar olaraq türk hotelləri  bu ad altında turistlərə endirimli qiymətlər təklif edirlər.

Türkiyə hotellərindən Ramazanda 20-50 % endirimli qiymət

Ramazan kampaniyasına daha çox Antalya bölgəsindəki dənizkənarı hotellər qatılıb. Belə ki, Kəmər, Alanya, Marmaris, Turgutreis, İçmeler, Kuşadası, Bodrum, Çeşmə və Side bölgələrində hotellər iyun-iyul aylarında 20-50 % arasında ucuzlaşıb. Bu müddətdə 3-4 ulduzlu hotellərin qiymətləri 18-99 dollar arasında dəyişir.

Marmarisdə hotellər 18 dollara düşdü

Türkiyənin əsas turizm mərkəzlərində hotellər daha çox ucuzlaşıb. Marmaris, Ölüdəniz, Alanyada 4 ulduzlu hotellər turistləri Ramazan ayında hətta yarı qiymətlə qəbul etməyə hazırdırlar.  Belə ki,  adi qaydada mövsümü  adambaşı qiymətlər 37 dollar olduğu halda Marmarisdəki 4 ulduzlu “Club Armar Cle Resort Hotel”də adambaşı “hər şey daxil” qiymətləri 18 dollara kimi aşağı salıb. Buradakı digər  “İdeal Panorama Holiday Village” hotelində də gecələmək ucuz başa gəlir. Məsələn, adambaşı qiymətlər 41 dollardan 22 dollara kimi aşağı düşüb.

Alanyada hotellər 39-44 dollara kimi ucuzlaşdı

 Alanyadakı dənizə yaxın ərazidə yerləşən 3-4 ulduzlu hotellər də qiymətləri Ramazan ayında 50 % aşağı salıblar. Məsələn, “Beach Club Doğanay” hotelində adambaşı qiymətləri iyun ayında 88 dollardan 44 dollara kimi ucuzlaşıb. Hoteldə “hər şey daxil” xidmətlər göstərilir. Alanyadakı “Ala Kum” hoteli isə spirtli içkilərsiz “hər şey daxil” xidmətlər təklif edir. Əvvəl adambaşı qiymətlər 79 dollar idisə, Ramazan ayında bu hoteldə nömrə sifariş etmək 39 dollardır. 

Kəmərdə 32 -40 % endirimlə sifariş

İyun ayında Kəmər bölgəsində yerləşən dənizkənarı  hotellər də qiymətləri endirib.  4 ulduzlu “Grand Viking Hotel” adambaşı qiymətləri 66 dollardan 39 dollara kimi aşağı salıb. Dəniz kənarında yerləşən 3 ulduzlu “Valeri Beach Hotel”  isə daha ucuz qiymətlər təklif edir. Hotel Ramazan ayı boyunca qiymətləri 32 % aşağı salıb. Nəticədə bir gecə üçün qiymətlər 76 dollar, deyil 51 dollardan təklif edilir. 

Bodrumun bahalı hotellərindən Ramazan qiymətləri

Bodrumda dənizkənarı bahalı hotellər də Ramazan ayı ilə bağlı endirim kampaniyasına başlayıb. Məsələn, “Grand Park Bodrum Hotel”  iyun ayının sonuna kimi qiymətləri 35 % aşağı salıb. Adi qaydada iyun ayında bu hoteldə nömrə sifarişi adambaşı 153 dollara başa gəlir. İndi isə “hər şey daxil xidməti” 99 dollara sifariş etmək olar.

Kuşadası hotelləri 40-42 % ucuzlaşdı

Kuşadasında  dənizkənarında yerləşən hotellər 40 %-dən çox ucuzlaşıb. Məsələn, “Risus Aqua Beach Resort Hotel” 74 dollarlıq qiymətləri 42 dollarla əvəzləyib. Bu qiymətə “hər şey daxil” xidmət göstərilir. Kuşadasında  dənizdən nisbətən aralı daha ucuz qiymətə hotellər də tapmaq olar. Məsələn, “Luana Hotels Santa Maria” qiymətləri 42 % endirib. Burada Ramazan ayında bir gecə qalmaq 23 dollara başa gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır