“Azərbaycan” “CinemaPlus” oldu
06 İYUN

“Azərbaycan” “CinemaPlus” oldu

Bir vaxtlar Bakının ən məşhur kinoteatrı olan və xeyli müddətdir təmir bağlanmış "Azərbaycan" kinoteatrı, ehtimal ki, yoluna “CinemaPlus” adı ilə davam edəcəkdir.

Eləcə də bax: Bu hotellər şəhid ailələri və veteranlara endirim edir – SİYAHI

Fins.az “Marja”ya istinadən xəbər verir ki, Bakıda Əziz Əliyev küç, 9 ünvanında yerləşən  kinoteatrın ətrafına çəkilmiş müvəqqəti hasarın üzərinə vurulmuş reklamda “CinemaPlus, tezliklə əfsanə buraya qayıdır” məlumatı verilir.

Qeyd edək ki, hazırda “CinemaPlus” kinoteatrı Bakıda “28 Mall” ticarət mərkəzində və Gəncədə "Xəmsə park" Ticarət Mərkəzində fəaliyyət göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır