Hotel əməkdaşları müştəriləri necə ələ salırlar - ÜSULLAR
07 İYUN

Hotel əməkdaşları müştəriləri necə ələ salırlar - ÜSULLAR

Britaniyanın “The Mirror” nəşri hotel əməkdaşlarından iş yerlərinin sirrlərini və işlə bağlı maraqlı hekayələri bölüşməyi xahiş edib və bununla bağlı anonim onlayn-sorğu keçirib. Ümumiyyətlə, hotellərdə qalmağı sevənlər nəzərdə saxlasınlar ki, pis davranış aşağıdakılarla nəticələnə bilər: 

Dondurmaq

“Mən hoteldə işləyirəm və bilə-bilə lobbidə temperaturu soyuduruq ki, bəzi ağılsızlar burada dolaşmasın”. 

Qonağın payından yemək

“Mən hoteldə işləyirəm və bəzən nömrələrə xidmət edirəm. Biz özümüzlə yemək aparmırıq və nahar almırıq, çünki nömrəyə yemək aparanda yolda ondan dada bilərik”.

Sadəcə ələ salmaq

“Mən hoteldə işləyirəm və qonaqlar məni qıcıqlandıranda onların otaqlarının elektron açarlarını deaktiv edirəm, sadəcə pislik etmək üçün”. 

Qarşılıq göstərmək

“Mən hoteldə işləyirəm. Əgər qeydiyyat zamanı xoşuma gəlsəniz, sizi bəzi bonuslar gözləyir (məkanın təmizliyi, içkilər, pulsuz səhər yeməkləri və s), lakin əgər xoşuma gəlməsəniz, liftin yanında, pəncərəsiz nömrəyə sahib olacaqsınız”. 

“Yerlərimizin hamısı məşğuldur”

demək “Bəzən insanlar nömrə bronlamaq üçün zəng vuranda mən onlara “bütün nömrələrimizin məşğul olduğunu” deyirəm, əslində isə həmin vaxt sadəcə qeydiyyat aparmağa ərinirəm”. 

Sovqat yığmaq

“Mən hoteldə yarım maaşa işləyirəm və bəzən müştərilərin əşyalarını oğurlayıram. Bir dəfə müdirim məni görüb soruşdu: “Siz də bunu ediriniz?” 

Yeyilməyə buraxmaq

“Mən hoteldə işləyirəm. Yorğanları ildə bir dəfə yuyuram... Qonaqlar bitlərlə bir oyanır...”

Yazığı gəlmək

“Mən hoteldə işləyirəm və əgər gələn qonağın nömrənin pulunu ödəməyə imkanı yoxdursa, onu pulsuz yerləşdirə bilərəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır