«Formula-1»də sürət rekordu gözlənilir – AÇIQLAMA
08 İYUN

«Formula-1»də sürət rekordu gözlənilir – AÇIQLAMA

Bakıda “Formula-1” Avropa Qran-pri yarışlarının nümayəndələri buradakı trasda bütün mövsüm ərzində ən yüksək sürətə nail olacaqlarını istisna etmirlər. Fins.az “www.championat.com” saytına istinadla xəbər verir ki, bunu “Baku City Circuit”un icraçı direktoru Arif Rəhimov bəyan edib.

O deyib: “Bizim trasımız uzunluğuna görə Spadan sonra ikincidir, çox uzundur və sürətlidir. Biz özümüzü “Formula–1” təqvimində ən sürətli şəhər trası hesab edirik. Ola bilsin ki, nəzəri baxımdan maksimal sürətə görə ən sürətli tras deyilik, amma trasın 2,5 kilometr uzunluğunda düz hissəsi var. Yürüşçülər burada böyük sürətə nail ola bilərlər.

Kompyuter simulyasiyasına görə, sürət saatda 340 kilometr ola bilər. Amma biz düşünürük ki, o, daha böyük olacaq. Simulyatorlar kiçik sürət üçün çox dəqiqdir, amma böyük sürət götürdükdə yanıla bilir. Hazırda sürət rekordu saatda 360 kilometrdən yüksəkdir. Ola bilsin, biz öz trasımızda bu rekordu yeniləyəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır