Azərbaycanda yeni istirahət mərkəzi açılır – QİYMƏTLƏR
08 İYUN

Azərbaycanda yeni istirahət mərkəzi açılır – QİYMƏTLƏR

Azərbaycanda yeni istirahət mərkəzi açılır. Fins.az-ın məlumatına görə, avqust ayında Şəkidə yeni «Marxal Resort və Spa» oteli istifadəyə veriləcək. Oteldən fins.az-a verilən məlumata görə, «Marxal Resort və Spa», dəniz səviyyəsindən 1080 metr yüksəklikdə dagların əhatəsində, gözəl güşədə, Şəki şəhərində yerləşir. Otelin coğrafi mövqeyi onu unikal edir.

Oteldə ümumiyyətlə 173 iki nəfərlik otaq, 27 kottecdən ibarətdir. Kotteclərdən 4-ü iki ailənin yerləşməsi üçün nəzərdə tutulub. Otaqların tutumu ümumilikdə 346 nəfər, kotteclər isə 176 nəfər, otelin ümumi tutumu isə 522 nəfərdən ibarətdir.

“Marxal Resort və Spa”da müasir texnologiyalarla təchiz olunmuş bir neçə restoran təklif edir. Burada bol çeşidlərdə yerli və xarici mətbəx nümunələrindən dadmaq olar. SPA və Müalicəvi mərkəzdə isə mualicəvi prosedur otaqları, açıq və qapalı hovuzlar, sauna, masaj salonları olacaq. 

Eyni zamanda aktiv vaxt kecirmək üçün oteldə bilyard zalı və boulinq, böyüklər və uşaqlar üçün kinozal, animasıya komandası, intellektual oyunlar klubu, diskotekalar, peyntboll və s. təqdim ediləcək.

İstirahət mərkəzində qiymətlər mövsümdən asılı olaraq dəyişəcək. Belə ki, nömrələrdə səhər yeməyi daxil iki nəfərin qalması gündəlik 70 - 80 manatdan başlayacaq. Kotteclərin qiyməti isə burada qalanların sayından asılı olaraq 140-160 manat ətrafında dəyişəcək.

Eləcə də bax: Hotel əməkdaşları müştəriləri necə ələ salırlar - ÜSULLAR

Ümumilikdə “Marxal Resort və Spa”da qiymətlər üç mövsüm üzrə qruplaşdırılıb – yüksək mövsüm, orta mövsüm və aşağı mövsüm. İstirahət mərkəzi avqust ayından etibarən qonaqları qəbul etməyə başlayacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır