Bakıdan Urumçiyə yeni reys açılacaq
10 İYUN

Bakıdan Urumçiyə yeni reys açılacaq

Çinin "China Southern" aviaşirkəti bu il iyulun 3-dən Bakı-Urumçi-Quançjou istiqaməti üzrə reysləri həyata keçirməyə başlayacaq.

Fins.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Bakıda "China Southern"in nümayəndəsi Çin Lixon təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, Urumçi və Quançjou vasitəsilə Şençjen, Şanxay, Xançjou, Yivu, Sinqapur, Manila və Banqkok kimi şəhərlərə getmək olar.

Reys həftədə iki dəfə - çərşənbə və bazar günləri reallaşdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır