Dağ gölləri turizmi yaradılır
13 İYUN

Dağ gölləri turizmi yaradılır

Geniş turizm potensialı olan Zaqatala rayonunda bu sahənin inkişafı ilə bağlı da müəyyən layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Fins.az “Marja”-ya istinadən xəbər verir ki, Dünya Bankının Regional İnkişaf Proqramı layihəsi çərçivəsində rayonda turizmin inkişafı ilə bağlı xüsusi proqram hazırlanıb və Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub. Bundan əlavə, Zaqatalada dünyada nadir turizm növlərindən olan dağ gölləri turizminin yaradılması üçün də layihə hazırlanıb, “Xalaxı göl” turu təşkil edilib.

Rayonda kənd əhalisi arasında “yaşıl turizm” layihəsi üzrə də geniş maarifləndirmə işləri aparılır. Car, Mazıx, Meşleş, Yuxarı Çardaxlar kəndlərində turizmin bu növünün inkişafı üçün yaxşı potensial mövcuddur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır