Təyyarədə pulsuz ala biləcəyiniz – 10 ƏŞYA
17 İYUN

Təyyarədə pulsuz ala biləcəyiniz – 10 ƏŞYA

Təyyarə ilə səyahət edən sərnişinlərin bəlkə də əksəriyyətinin xəbəri yoxdur ki, onlar təyyarədə indiyədək adət etdiklərindən əlavə xidmətlər də ala bilərlər. “Reddit” sosial şəbəkəsində stüardessalar hər sərnişinin bilməli olduğu bəzi sirləri bölüşüblər. Fins.az xarici mətbuata istinadən təyyarədə pulsuz ala biləcəyiniz 10 əşyanı təqdim edir: 

1. Bir şüşə qazlı içki

Stüardessalar bəzən sərnişinlərə yarım şüşə içki və az sayda buz parçaları paylayır, bu da çox zaman bütün yol boyu sərnişinlərin susuzluğunun yatmasına kifayət etmir. Növbəti dəfə onlardan bütün şüşəni xahiş edin. Stüardessa sizə kömək etməyə şad olacaq və əgər içkisi bitibsə, yenisiniz gətirəcək.

2. İsti şokolad

Qəhvə və ya çaya alternativ olaraq, aviaşirkətlərin əksəriyyəti sərnişinlərə isti şokolad təklif edirlər. Misal üçün, ekonom sinifdə bu içkini “Etihad Airways” və “Southwest Airlines” təklif edir. Avstraliyanın “Qantas” şirkəti isti şokoladı “Cadbury” konfetləri ilə birlikdə təklif edir. 

3. Uşaqlara müvəqqəti nəzarət

Uşaqlarla səyahət edən valideynlərə bir neçə dəqiqəlik yerindən ayrılmaq lazım olur. Bu zaman stüardessalar sizə uşaqlara nəzarət etməklə yardımçı olacaqlar. “Etihad Airways” sərnişinlərinə “uçan dayə” xidmətini təklif edir. “Uçan dayə” uşaqları əl işi, kukla teatrı və ya fokuslarla məşğul edir. “Gulf Air”də isə “səma dayəsi” xidməti var? burada dayələr uşaqların təyyarəyə minib-enməyinə kömək edirlər. 

4. Nəm salfetlər

Təyyarələr – çirkli, mikrob mühitli yerdir, ona görə əgər siz, misal üçün, açılan masanın üzərini silmək istəsəniz, lakin salfetiniz yoxdursa, onu stüardessadan istəyə bilərsiniz. Salfetlər həmişə stüardessaların əlinin altında olur.

5. Manikür dəsti

təyyarə, stüardessa, hava yolları, aviaşirkət, pulsuz xidmət, təyyarədə pulsuz xidmət, təyyarədə pulsuz ala biləcəyiniz 10 əşya, təyyarədə pulsuz ala biləcəyiniz əşyalar,
təyyarə, stüardessa, hava yolları, aviaşirkət, pulsuz xidmət, təyyarədə pulsuz xidmət, təyyarədə pulsuz ala biləcəyiniz 10 əşya, təyyarədə pulsuz ala biləcəyiniz əşyalar,

Bəzi aviaşirkətlər uzun uçuşlar üçün bəzi faydalı əşyalar saxlayır: qələmlər, daraqlar və hətta oyun kart dəsti – və onlarla bölüşməyə hazırdırlar. “Virgin Atlantic” şirktəti ekonom sinif uçuşlarında sərnişinlərə pulsuz yol dəstləri verir. “Etihad” şirkətində də həmçinin, belə dəstlər var – uzun uçuşlar üçün nəzərdə tutulan bu dəstlərə corablar, diş fırçası, diş məcunu və qulaq tıxacları daxildir. 

6. Əlavə qəlyanaltılar

Sərnişinlərə uçuş zamanı təklif olunan qəlyanaltılar adətən çox kiçik olur. Sadəcə ikinci porsiya istəyin – və əgər, sərnişinlər hamısını yeməyiblərsə, sizə daha bir porsiya verəcəklər. 

7. Alkoqol

Günümüzdə aviaşirkətlər sərnişinlərdən demək olar ki, hər asqırığa görə pul almağa çalışırlar, ona görə, bu təklfin alkoqollu içkilərə aid olmağı da məntiqlidir. Lakin bir çox aviadaşıyıcılar əvvəlki kimi pulsuz içkilər təklif edirlər. “Finnair”də pulsuz pivə və şərab, “Lufthansa”da isə hətta şampan təklif olunur. “Etihad” da pivə, şərab və digər spirtli içki çeşidləri olan barı sərnişinlərə pulszu təklif edir.

8. Əsas dərmanlar və sarğı materialları

Bu, aviaşirkətin qaydalarından asılıdır. Lakin reyslərin əksəriyyətində stüardessadan pulsuz ağrıkəsici, mədə yanğısı əleyhinə vasitə və ya bint istəyə bilərsiniz.

9. Uşaq üçün aviaşirkət nişanı

Üzərində aviaşirkətin loqosu əks olunan plastik qanadlar formasında olan bu nişanların tarixə qovuşduğunu düşünə bilərsiniz, lakin əslində bəzi aviaşirkətlər, məsələn, Amerikanın “Delta” şirkəti əvvəlki kimi sərnişinlərə paylayır.

10. Su şüşəsi

Səbəb vacib deyil: ola bilər ki, siz çoxlu su içməyi xoşlayırsınız və ya şüşədə olmayan suyu içməkdən çəkinirsiniz – personalın əlinin altında adətən, su şüşələri olur və onlardan arzuladığınız vaxt su xahiş edə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır