Qızmar günəşlə mavi dənizin qovuşduğu - YUNANISTANA SƏYAHƏT
21 İYUN

Qızmar günəşlə mavi dənizin qovuşduğu - YUNANISTANA SƏYAHƏT

Hər birimiz davamlı səyahət edib, dünyanı kəşf etməyi arzulayırıq. İnanıram ki, aramızda Misir ehramları üzərindən doğan Günəşi, Eyfel qülləsindən Parisə açılan mənzərəni seyr etmək və ya Rioda İsa Məsihin heykəlini önündə şəkil çəkdirmək istəyənlər az deyil.
Mən də səyahət etməyi xoşlayıram və səyahət istiqaməti kimi uşaqlıq arzum “Qədim Ellada”nı – Yunanıstanı görmək idi. Keçən ilin (2015) avqustunda, bir çox götür-qoydan sonra arzumu reallaşdıra bildim.

b24d833a-38c6-4d28-8042-e01793b13aac
b24d833a-38c6-4d28-8042-e01793b13aac

Yunanıstanın paytaxtı Afinaya səyahət:
İnternetdəki çimərliklər, klublar və tarixi məkanların şəkillərini görər-görməz “Afina, mən gəlirəm, məni gözlə!” deyərək, birinci təyyarəyə bilet almağa tələsməyin. Möhtəşəm 2004-cü il Olimpiya oyunları və 2006-cı ildə Avroviziyaya ev sahibliyi etmiş Afina ilə indiki Afina arasında yerlə-göy qədər fərq var.

2b3ad391-42fa-4533-baf8-47d4651cd63b
2b3ad391-42fa-4533-baf8-47d4651cd63b

Bakıdan Afinaya birbaşa uçuş xəttinin olmadığından trazitlə uçmalı olacaqsınız. Tranzit üçün məqbul 3 variant (Bakı-Moskva/Bakı-Kiyev/Bakı-İstanbul) uçuşlarıdır. Afinanın əsas hava limanı olan “Elefterio Venzelios” bizim Bakı hava limanından qat-qat kiçik, amma bir o qədər də basabasdır. İyuldan – Oktyabrın ortalarına qədər Afinada hava çox istidir. Qızmar yay Bakıdakı kimidir.

Nəqliyyat:

Hava limanından şəhərə avtobus, metro, (ayrıca dəmiryolu xətti) və taksi ilə gedə bilərsiniz. Çıxışda ilk olaraq taksiləri görəcəksiz (gözünüzün öyrəşdiyi sarı və narıncı rənglərdə), amma Bakıdan fərqli olaraq taksi sürücülərindən heç kəs üzərinizə hücüm etməyəcək. Taksilərin hamısında taksometrlər var. Hava limanından şəhər mərkəzinə ortalama qiymət 40/50 avro arasında olacaq. Sonda sürücü sizə ödəniş etməli olduğunuz və ödədiyiniz məbləğə uyğun qəbz verəcək. Hər hansısa bir problem və narazılığınız olarsa o, qəbz Sizin dəlilinizdir.
Yerdəqalan nəqliyyatın hərəkət cədvəli ilə quraşdırılmış xüsusi tablolarda tanış ola bilərsiniz. Gediş biletnəndir, bir gedişlik bilet (nəqliyyat vasitəsindən asılı olaraq) 2/4 avro arasında dəyişir. (20 qəpiyimizə şükür)
Budur Siz artıq Afinanın mərkəzindəsiz və “kulturniy şok” keçirirsiniz.

IMG_1621
IMG_1621

Afina yoxsa Hindistan?

3000 illik tarixi olan Afina bu gün qeyri-leqal miqrantlardan boğulur. Miqrantlar təkcə qaranlıq küçələrdə, yaddan çıxmış parklarda və yeraltı keçidlərdə toplaşırılar deyə düşünürsünüzsə, çox yanılırsınız. Elə Afinanın mərkəz küçə və meydanları boyunca hindcə, ərəbcə, naməlum digər ilan-qurbağa dillərində yazılı mağazalar, naməlum “yunanlar”, sizin yanınızda olacaq. Miqrantlar şəhər içində balaca, öz qayda-qanunu olan, mono respublika yaradıblar. Onlara şəhər polisi belə mümkün qədər ilişmir. Ümumiyyətlə yunan polisləri elə bil ancaq şəkil çəkdirmək üçün küçədə durublar. Onlara rahat yaxınlaşıb, şəkil çəkdirə bilərsiniz. İndidən deyirəm onlar şəkildə sizdən daha yaxşı (fərq etməz oğlan ya qız polis, hamısının boy-buxunları yerində, atletik bədən quruluşludular) düşəcəklər.

IMG_1745
IMG_1745

Afinada Bakı meri Hacıbala Abutalıbovun nağıllarının yalan olduğunu, tramvay və trolleybusların heç də tıxac yaratmadığının şahidi olacaqsınız. Afinada həm tramvay həm avtobus, həm də trolleybuslar + metro var və orada qaldığım 10 gün müddətində bir dəfə də olsun tıxac görmədim, tıxaca düşmədim.

IMG_1701
IMG_1701

Metrostansiyalar: (mt/st)

Afina metrosu Bakı metrosundan daha qəlizdir. Mt/st sayı daha çoxdur. Bir növ şəhərin altında muzeydir. Ona görə də metrodakı bütün təlimmat və turist məsləhətlərini diqqətlə oxuyun. Metro vasitəsi ilə siz rahatlıqla bütün vacib (görməyə dəyər) yerlərə gedib-gələ bilərsiniz. Afina metrosu da biletlədir. Biletin qiyməti onun saatından asılıdır. 60 dəqəqlik bilet 4 avro və bu biletlə siz 1 saat ərzində (dəmiryoll qatarlarından başqa) istənilən ictimai nəqliyyata dəfələrlə minə bilərsiniz. Çalışın ki, qaldığınız otel belə hər-hansısa metroya yaxın olsun. Omonia və Sintaqma mərkəzi mt/st-lərdir. Akropolis mt/st Zevs məbədi, qədim teatr və digər əsas məbədlərə çıxan mt/st-dir. Pireus mt/st limana çıxır (buranı gün batan zaman görmək lazımdır), Agora mt/st açıq hava muzey kompleksinin yanıdır.

IMG_1753
IMG_1753

Vuleqmi gölü

Afindan bir qədər uzaqda (avtobusla gedib-gəlmək olur) Vüleqmi gölü İstirahət kompleksi var. Giriş pulsuzdur. Burda ümumi restoran da fəaliyyət göstərir. Tərtəmiz məkan, normal xidmət və münasib qiymətlərdən yararlana bilərsiniz. Xatirə şəkilləri çəkdirmək üçün əla yerdir.

IMG_1720
IMG_1720
IMG_1707
IMG_1707

Mentalitet nağılları:

Afinada heç kəs Sizin geyiminizə fikir verməyəcək. Yatan paltarınızda qonşu dükana girin, heç kəs sizə bir dəfə də olsun tərs-tərs baxmayacaq. Burda “atam-qərdeşim, mələyə şortiklə girmə, ana-bayjı var. Ay brat, öpüşmək bizim mentalitetdə olmaz” və s. nağıllar yoxdur. Hələ şəhərin çimərlik rayonlarında əhali tək şortikdə gəzir və elə də tək şortikdə avtobusa minir.
Yeganə çalışın ki, qaranlıq vaxtında miqrant rayonlarına girməyəsiniz.

IMG_1691
IMG_1691
IMG_1674
IMG_1674

Maraqlıdır:

Yay aylarında Afinada hansı kafe və ya restoranda otursanız qabağınıza bir şüşə soyuq su qoyacaqlar (Bu adətdir və bu pulsuzdur). Hazır olun ki, sifarişiniz gələn kimi, yanında hesabınızı da gətirəcəklər. Sonda hesab istəmə anlayışı Afinada praktiki yoxdur.
Afinada özünüzlə çox nəğd pul gəzdirməyin. Pulunuzun əsas hissəsini bank kartınızda, az bir hissəsini isə nəğd kimi yanınızda saxlayın. Şəhərdə taksilərdən tutmuş böyük otel və ticarət mərkəzlərinə qədər hər yan kart ödənişi qəbul edir.

Efxaristo poli – çox sağ olun
Parakalo – zəhmət olmasa
İ epomeni stasi – növbəti stansiya
Milate anglika – ingiliscə danışa bilirsiniz?

GreeceAgora1
GreeceAgora1
GreeceAgora2
GreeceAgora2
GreeceAgora3
GreeceAgora3
IMG_1596
IMG_1596
IMG_1629
IMG_1629
IMG_1637
IMG_1637
IMG_1666
IMG_1666
IMG_1634
IMG_1634
IMG_1667
IMG_1667
IMG_1684
IMG_1684
IMG_1723
IMG_1723

Müəllif: Məcid Musayev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır