"Azal"ın təyyarəsi Atatürk hava limanına endi
29 İYUN

"Azal"ın təyyarəsi Atatürk hava limanına endi

Heydər Əliyev Beynəlxalq Aeroportundan İstanbula uçuş həyata keçirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə Atatürk Hava Limanına eniş edib.

Fins. az-ın AZƏRTAC-a istinadən xəbərinə görə, “J2 8075” saylı reyslə hərəkət edən təyyarə Bakı vaxtı ilə 11:50-də Atatürk Hava Limanına çatıb və Bakı vaxtı ilə saat 13:20-də geriyə dönəcək.

“Türk Hava Yolları”na məxsus təyyarələr isə bu gün Bakı vaxtı ilə 15:00 və 22:05-də Bakıdan İstanbula yola düşəcək. Artıq xarici uçuşlar həyata keçirən 38 təyyarə Atatürk Hava Limanına eniş edib.

İndi aeroport adi rejimdə fəaliyyət göstərir və gərginlik aradan qaldırılıb.

Qeyd edək ki, Atatürk Hava Limanının terminalında törədilmiş terror aktı nəticəsində səhər 08:00-dək bütün reyslər təxirə salınmışdı. Baş verən terror aktı nəticəsində 36 adam həlak olub, çoxlu yaralanan var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır