İmmiqrasiya üçün ən yaxşı - 5 ÖLKƏ
05 İYUL

İmmiqrasiya üçün ən yaxşı - 5 ÖLKƏ

Fins.az xarici mətbuata istinadən dünyanın immiqrasiya üçün ən yaxşı 5 ölkəsini təqdim edir:

1) Heç vaxt müstəmləkə olmamış ölkə

Tayland (Tay) xalqı fəxr edir ki, onların vətəni Cənub-Şərqi Asiyada avropalıların müstəmləkəsi olmamış yeganə ölkədir. Digər tərəfdən bu gün Tayland kimi ekzotik məkanı görməyə gələn milyonlarla turistləri nəzərə alsaq, prosesi “yeni növ müstəmləkəçilik” adlandırmaq olar. 

Tayland dünya turizm marşrutları arasında ən məhşur istiqamətlərdən biri adını qazanıb. Bu ölkədə yaşamaq o qədər asan və ucuzdur ki, bir çox avropalı bura dəfələrlə qaydırı, bir hissə bütün qış mövsümunu burada keçirir, digərləri isə uzun müddətli olaraq Tayland da yaşamağa köçürlər.  

Turistləri bura cəlb edən əsas amillər ekzotik flora və ucuz qiymətlərdir. Qeyd etmək lazımdır ki, Taylanda köçmək gənc və xəyalpərəst frilanserlər üçün ən uyğun variantdır.

Lakin ölkənin idarə olunması və cəmiyyətdə dominant rola malik dini-fəlsəfə sistemi müəyyən davranış qaydaları formalaşdırır. Məsələn: Heç bir halda taylandlının başına sığal çəkməyin, qətiyyən kralı təhqir və ya Buddaya hörmətsizlik nümayiş etməyin.

2) Avropanın immiqrasiya üçün ən məhşur ölkəsi

2011-ci ildə “Fundación Rey Balduino” fondu və Migration Policy Group təşkilatı miqrantların rahat yaşaması üçün ən uyğun ölkə hansıdır sualına cavab tapmaq üçün geniş ictimai araşdırma həyata keçiriblər. Sorğunun nəticlərinə görə İspaniya birinci yerə çıxıb. İspaniya köçmüş 75% “yeni ispanların” sözlərinə görə burada onlar xoşbəxtdilər.

İspaniya artıq uzun müddətdir ki, Şimali Avropadan köçənlərin sevimli məntəqəsidir. İmmiqrantları iqtisadi böhran belə qorxutmayıb.  Hətta İspaniyada belə işə düzəlməklə bağlı böyük problemlər var, ancaq prakitiki olaraq hər bir qaçqın gəldiyi istənilən bir ölkədə bu kimi problemlə üzləşəcək.

3) “Fenşuy”a görə tikilmiş ölkə

Ümumdünya İqtisadiyya Təşkilatı Sinqapuru Asiya üzrə ən yüksək həyat səviyyəsi olan ölkə kimi müəyyənləşdirib. “Forbes” jurnalı ən varlı ölkələr sıralamasında Sinqapuru 3-cü yerə layiq görüb.

Sinqapuru biznes qurmaq və onu inkişaf etdirmək üçün ən rahat ölkə adlandırırlar. Yeri gəlmişkən Sinqapur hökumətini vaxtaşırı dünyanın 10 ən az korrupsiyalaşmış hökumətlər sırasında görmək olar.

Bu şəhər-ölkənin memarlıq və landşaftı ən xırda məqamlarına qədər insanın rifahına təsir edən enerji cərəyanları haqqında qədim traktatla uyğunlaşdırılıb. Sinqapur “fenşuy” təliminin bütün tələblərinə uyğun bir şəkildə tikilib.

4) Təqaüdçülər cənnəti

Bir çox kosta-rikalılar üçün ingilis dili ikinci ümumişlək dildir. Buna görə də bura gələn əcnəbilər özünü rahat hiss edir. Kosta – Rikada fiziki şəxslərin xarici kapitaldan (mənbədən) gəlirlərindən heç bir vergi tutulmur.  Respublikanın ərazisində yaşayan əcnəbilər artıq özlərinin formalaşmış miqrant icmalarını yaradıblar.

Kosta – Rikada yaxşı həyatı “puravida” adlandırırlar. Təqaüdə çıxanlar üçün Kosta – Rikada “puravida” gündəlik yaşam tərzidir. Digər Qərb ölkərindən fərqi olaraq Kosta – Rikada yaşayış xərclərinin çox aşağı olması bu ölkəni immiqrasiya cənnətinə çevirib. Ölkə əsas ABŞ orta təbəqəsi arasında çox məhşurdur. Pasportunuzda ABŞ, Kanada və ya Şengen vizasının olması kifayətdir ki, Siz Kosta – Rikaya gələ biləsiniz. Ölkəyə gəlmək üçün başqa hər hansısa sənədin olmasına ehtiyac yoxdur. 

Kosta – Rikada əcəbinin daşınmaz əmlak sahibi olması üzrə heç bir məhdudiyyət də yoxdur. Lakin heç kəs okeanın 50 m məsafəsində mülkiyyət sahibi ola bilməz. Növbəti 150 m-dən isə mülkiyyət dəniz zonası qanunlarına aid olur.

5) Ekzotik təbiət, qərb mədəniyyəti və ingilis dili

İsti iqlim və yüksək həyat səviyyəsi olan Avstraliya immiqrasiya üçün çox cəlbedicidir. Yeni Zelandiya da bir növ bu ölkəyə bənzəyir, ona görə də yeni həyata başlamaq üçün əla yerdir. Bu ikisi arasından daha yüksək əmək haqqları olduğuna görə immiqrasiya baxımından Avstraliyaya üstünlük verilir.

Avstraliyaya immiqrasiyanın əsasında ölkənin isti iqlimi, həyat səviyyəsi, uğurlu iqtisadi-sosial inkişafı durur. Bundan əlavə ölkədə müxtəlif immiqrasiya proqramları da mövcudur. Ölkənin bəzi reginlarında ixtisaslı işçi çatışmazlığı ciddi hiss olunur. Bunun da əsas səbəbi nisbətən böyük ərazilərdə az sayda əhalinin yaşamasıdır. Yerli xalqlar isə əsasən Avstraliyanın Şərq sahillərində məskunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır