Türkiyədə səyahət bahalaşdı – QİYMƏTLƏR
05 İYUL

Türkiyədə səyahət bahalaşdı – QİYMƏTLƏR

Son günlər Azərbaycanda dolların məzənnəsinin artması xaricə turizm paketlərinin qiymətinə də təsir edib. Xatırladaq ki, iyunun 22-dən indiyədək ABŞ dollarının məzənnəsində nəzərəçarpacaq artım baş verib. 1 ABŞ dolları 1,55 manatdan 1,6 manat həddinədək yüksəlib. 

Turlar dollar qədər bahalaşıb

Turizm şirkətlərindən  fins.az-a verilən  xəbərə görə, dolların kursunun yüksəlməsi səyahət qiymətlərini də təqribən bu nisbətdə bahalaşdırıb. Çünki turpaketlərin qiymətləri, əsasən, dollarla açıqlanır. Şirkətlər isə əməkdaşlıq etdikləri banklardakı gündəlik kursa uyğun olaraq ödənişləri qəbul edirlər. Məsələn, iyunun əvvəlində 173 dollara təklif edilən Antalya turu 259 manata başa gəlirdisə, bu gün eyni tur  266 manata başa gəlir.

Mövsüm qiymətləri işə düşdü

Amma bahalaşma təkcə dolların məzənnəsi ilə bağlı deyil. Eyni zamanda  turizm mövsümünün başlanması ilə bağlı qiymətlər 200-300 manat arasında bahalaşıb.  Türkiyədə turizm mövsümünün başlanması ilə bağlı iyulun 1-dən otellərdə qiymətlər bahalaşıb. “Turizm.az” şərkətinin tur meneceri Günay Mustafazadə bildirdi ki, iyun ayında 2000 dollara xidmət təklif edən “Rixos” otel iyulun 1-dən bu qiyməti 2600 dollara qaldırıb. 

Turları ruslar bahalaşdırıb

Türkiyədə turizm xidmətlərinin bahalaşmasına təsir edən əsas amil Türkiyənin Rusiya ilə münasibətlərinin qaydaya düşməsidir. Türki otelləri rus turistlərindən məhrum olduqlarına görə böyük endirimə getmişdilər. Münasibətlər yaxşılaşan kimi isə rusların Türkiyəyə axını başlayıb. Nəticədə türk otelləri qiymətləri artırıblar.

«R&R Travel Company»nin rəhbəri Rüstəm Əhmədov bildirdi ki, Türkiyənin  prezidenti  Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Bladimr Putinə üzrxahlıq məktubu göndərən günün gecəsi otellərdə  qiymətlər 900  dollardan birdən –birə 1900 dollara qalxdı . İki ölkə arasında münasibətlərin normallaşmasından dərhal sonra bəzi otellər hətta qiymətləri 30-40 faiz artırıb. 

R.Əhmədov  «R&R Travel Company»nin iyul və avqust aylarında Antalya və İstanbula tur paketlərin qiymətlərini də

Antalyada istirahətin qiyməti

R.Əhmədov  «R&R Travel Company»nin iyul və avqust aylarında Antalya və İstanbula tur paketlərin qiymətlərini də açıqlayıb. İyul ayında Antalyada 2 nəfərin 1 həftəlik istirahəti

3 ulduz otellərdə -  680 dollar

4 ulduz oteldə  -  762   dollar

5 ulduz oteldə -    935  dollara təklif edilir. 

Avqust  ayında isə qiymətlər bahalaşacaq

3 ulduz oteldə --733  dollar

4 ulduz -783 dollar

5 ulduz – 881 dollar olacaq.  

İstanbulda  istirahətin qiyməti 

İyul  ayında İstanbula 2 nəfərlik 5 gecə 6 gün üçün tur paketlərin qiyməti belə dəyişir.

3 ulduz otellərdə -  638 dollar

4 ulduz oteldə  -  681   dollar

5 ulduz oteldə -   748  dollar 

Avqust  ayında isə qiymətlər bir qədər ucuz  olacaq

3 ulduz oteldə --591   dollar

4 ulduz -656 dollar

5 ulduz – 694 dollar olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır