Rusiyada populyar turlara təlabat azaldı
11 İYUL

Rusiyada populyar turlara təlabat azaldı

Rusiyada Türkiyənin turizm bazarına qayıtması digər populyar turist istiqamətlərinə qiymətləri endirib. Fins.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorlar Assosiasiyası (RTA) açıqlama verib. Bildirilib ki, rus turistlərin istifadə etdiyi ən populyar istiqamətlər üzrə qiymətlər 10-11 faiz azalıb. “Onlayntur” şirkətinin rəhbəri İqor Blinovun sözlərinə görə, Tunisə turlar 40 faiz aşağı enib. Eyni vaxtda digər ölkələrə turist tələbləri də azalıb. Rusiya Turizm Sənayesi İttifaqının rəhbəri İrina Tyurina deyib ki, ötən həftə Kiprə sifarişlər 30 faiz, Tunisə 10 fazi, Yunanıstana isə 5 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır