Bakıdan İstanbul və Ankara aviareysləri təxirə salınıb
16 İYUL

Bakıdan İstanbul və Ankara aviareysləri təxirə salınıb

Ötən gecə Türkiyədə baş verən hadisələr ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” QSC-nin İstanbul və Ankaraya olan aviareysləri təxirə salınıb.

Fins.az xəbər verir ki, Bu barədə Azertac-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. O bildirib ki, iyulun 16-da saat 06:45-də və 08:45-də həyata keçirilməli olan Bakı-İstanbul aviareysləri təxirə salınıb. Həmçinin saat 09:10-da Bakı-Ankara aviareysi də ləğv olunub.

P.Kəsəmənski qeyd edib ki, bu reyslərə aviabilet alan sərnişinlər biletləri istədikləri tarixə pulsuz dəyişdirə və yaxud heç bir əlavə ödəniş etmədən qaytara bilərlər. Türkiyə kurortlarına olan aviareyslər isə heç bir dəyişiklik olmadan cədvələ uyğun yerinə yetirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır