“Türk Hava Yolları” 179 aviareysi ləğv edib
17 İYUL

“Türk Hava Yolları” 179 aviareysi ləğv edib

“Türk Hava Yolları” iyulun 15-də ölkədə hərbi çevriliş cəhdi səbəbindən 179 daxili və xarici uçuşunu ləğv edib.

“Türk Hava Yolları” sərnişinlərini özünün rəsmi saytı vasitəsi ilə və “qaynar xətt”lə məlumatlandırır.

Qeyd edək ki, hərbi qiyamçıların qanunsuz müdaxiləsi səbəbindən İstanbul Atatürk Hava Limanı da daxil olmaqla, ölkənin aeroportlarında pozulmuş normal fəaliyyət bərpa olunmaqdadır.

Mənbə: AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır