Bakıdan Antalya, Bodrum və Kuşadasına avtobus reysi - QİYMƏT
17 İYUL

Bakıdan Antalya, Bodrum və Kuşadasına avtobus reysi - QİYMƏT

Bakı Beynəlxalq Avtovağzalı və "Metro" turizm şirkəti arasında aparılan danışıqlara əsasən, 20 iyuldan etibarən Bakı-Samandra-Antalya, Bakı-Samandra-Alanya, Bakı-Samandra-Bodrum, Bakı-Samandra-İzmir, Bakı-Samandra-Kuşadası istiqamətində reyslər həyata keçiriləcək. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Eləcə də bax: Bakıdan Türkiyə və Bolqarıstana avtobus xətti açılır – QİYMƏT

Şəhərin məsafəsindən asılı olaraq səfər saatı 30-40 saat arasında dəyişəcək. Biletin qiyməti 120 AZN təşkil edəcək. Biletə baqaj daxildir. Qeyd edək ki, reyslər həftənin 2-4-6-cı günləri həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır