Azərbaycanı ən çox bəyənən turistlər
18 İYUL

Azərbaycanı ən çox bəyənən turistlər

Sadəcə aprel-may ayları ərzində Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələnlərin sayı ölkəyə son iki ildə gəlmiş turistlərin sayına bərabər olub. 

Fins.Az-ın verdiyi xəbərə görə, bu haqda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ANS telekanalının “Hesabat” proqramında bəyan edib.

Nazirin sözlərinə görə, bunda Azərbaycanda Fars Körfəzi ölkələri vətəndaşlarına vizaların verilməsinin sadələşdirilməsi əsas rol oynayıb. Bundan əlavə, bu ölkələrdə təqdim edilən reklamlar da az əhəmiyyət kəsb etmir. Həmçinin o qeyd edib ki, son illər görülən işlər sayəsində Azərbaycana gələn turistlərin sayı yüksələrək 2 milyona çatıb: 

“İstərdim ki, daha çox olsun, lakin bu rəqəmlər turizm sahəsində real imkanlarımızı göstərir”.

Ə.Qarayevin sözlərinə görə, mehmanxanalarda qonaqların qəbulu üçün ayrılmış yerlər 38 minə çatdırılıb. Bunlardan 17 mini Bakıda, qalanları isə regionlardadır.

Nazir qeyd edib ki, Azərbaycana daha çox qonşu ölkələrdən turistlər gəlir:

“Lakin digər turist bazarlarında Azərbaycanın reklamı az əhəmiyyətli deyil. Buna görə də bizim reklam çarxları Avropa və Yaxın Şərqə yönəlib”.

Bundan əlavə nazir qeyd edib ki, hər il Azərbaycana dünyanın 160-170 ölkəsindən nümayəndələr gəlir:

“Bu il turistlərin sayında müəyyən azalma müşahidə olunub, lakin bu, Rusiyanın daxilində gedən iqtisadi proseslərlə bağlıdır. Lakin Avropadan turistlərin sayında yüksəlmə müşahidə olunur”.

“Satistik məlumatlara görə, Azərbaycanda turizm sektorunun ÜDM-də payı 4,1% təşkil edir. Neft ölkəsi üçün bu, kifayət qədər yüksək nəticədir”, - Ə. Qarayev qeyd edib.

Nazir vurğulayıb ki, hazırda Azərbaycanda turizm fəaliyyəti lisenziya tələb etmir, eləcə də qonaqların təhlükəsizliyin təmin olunmasıyla bağlı verilən xidmətlərin keyfiyyətinə nəzarətin funksiyası həyata keçirilmir:

 

“Hazırda Milli Məclisdə turizm haqqında yeni qanunda şərt kimi bütün yerlərinin təsnifat ehtiyacını mütləq göstərəcəyik. Əgər otel fəaliyyət göstərirsə, öz səviyyəsinə uyğun təsnifat almalıdır. Otelə verilən hər bir ulduz öz qiymətləndirmə siyasətində müəyyən rol oynamalıdır. Eləcə də bu ulduzun nəzərdə tutduğu xidmət səviyyəsini də təmin etməlidir. Hələlik bu, yoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır