"Türk Hava Yolları"-nın kredit reytinqi aşağı salındı
21 İYUL

"Türk Hava Yolları"-nın kredit reytinqi aşağı salındı

Beynəlxalq reytinq agentliyi “Moody’s” “Türk Hava Yolları”nın kredit reytinqini aşağı salıb.

Fins.az "Azərtac"-a istinad'n xəbər verir ki, “Moody's” Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra “Türk Hava Yolları”nın kredit reytinqini “Ba1” səviyyəsindən “Ba2”yə endirib. Agentlik “Türk Hava Yolları”nın kredit reytinqinin aşağı salınmasına səbəb kimi Türkiyədəki son hadisələri, şirkətin maliyyə və idarəçilik performansının 2016-cı il ərzində proqnozlardan aşağı olmasını göstərib.

“Moody's” həmçinin Türkiyədəki daha 8 şirkətin isə kredit reytinqini izləməyə alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır