AZAL və "Ural Hava Yolları" razılığa gəldilər
22 İYUL

AZAL və "Ural Hava Yolları" razılığa gəldilər

İyulun 31-dən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) və Rusiyanın "Ural Hava Yolları" aviaşirkəti Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birgə reysləri yerinə yetirməyə başlayacaq.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Fins.az-a verilən məlumata görə, birgə istismar haqqında sazişə (code-share agreement) əsasən, "Ural Hava Yolları"-nın bu hava xətti ilə reysləri hər iki aviaşirkətin kodları altında yerinə yetiriləcək.

Qəbələ-Moskva-Qəbələ marşrutu üzrə birbaşa uçuşlar hər həftənin bazar günləri yerinə yetiriləcək.

"Domodedovo" (DME) Beynəlxalq Hava Limanından uçuş - Moskva vaxtı ilə səhər saat 11:30–da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) enmə - yerli vaxtla saat 15:15-də. Qəbələdən uçuş - saat 16:25-də, "Domodedovo" Hava Limanına enmə - yerli vaxtla saat 18:20-də.

Qəbələdən Moskvaya reyslər biznes və ekonom salonlu Airbus A320 laynerləri ilə həyata keçiriləcək.

Aviabiletləri AZAL-ın kassalarında əldə etmək və www.azal.az saytında bronlaşdırmaq mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz:

(+994 12) 598-88-80;
*8880.
E-mail: callcenter@azal.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır