Nazir: Fransa turistləri niyə hələ də Azərbaycana gəlmir?
22 İYUL

Nazir: Fransa turistləri niyə hələ də Azərbaycana gəlmir?

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Fransanın “I-Tourisme” jurnalına müsahibə verib.
Fins.az-ın verdiyi məlumata görə, müsahibədə nazir Azərbaycan-Fransa turizm münasibətlərindən danışıb.
Ə.Qarayev hesab edir ki, Azərbaycandan Fransaya birbaşa aviareyslər də turizmi inkişaf etdirməmizə töhfə verəcək: 

“Bütün görülən işlərə baxmayaraq, fransız turistləri hələ ki hərəkətə keçməyib. Mən buna təəssüf edir, lakin ümidimi itirmirəm. Mən 2017-ci ildə də səylərin davam etdirilməsi haqqında göstəriş vermişəm. Fransada heç kəs bilmir ki, Aleksandr Düma Azərbaycana gəlib və hətta burada onun adına küçə var. Fransa Turizm Agentlikləri ilə əməkdaşlığımızın məqsədi də fransız turizm peşəkarlarını bizim istiqamətin bütün üstünlükləri barədə məlumatlandırmaqdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır