“Disney” şahzadələri Bakıda - FOTOLAR
27 İYUL

“Disney” şahzadələri Bakıda - FOTOLAR

21 yaşlı Günel Hüseynova ixtisasca memardır. O, Azərbaycan Memarlıq və İnşaat Universitetini fərqlənmə ilə bitirib. Peşəsinin vurğunu olan gənc memar daim öz üzərində çalışır, Bakının gəzməli-görməli yerlərini, dolanbac küçələrini gəzib yeni ilham mənbələri axtarır. "Disney" şahzadələri Bakıda" layihəsi də məhz belə yaranıb.

"Bakı çox gözəl şəhərdir və sadəcə Alov qüllələri, Qız qalasından ibarət deyil. Bakının az tanınan amma gözəl məkanlarının şəklini telefonla çəkib, ora "Disney" şahzadələrinin obrazlarını daxil etdim. Bununla Instagram istifadəçilərinə paytaxtımızı başqa tərəfdən göstərmək istədim. Güman edirəm ki, bəyənilir. Gələcəkdə bu kimi layihələr həyata keçirməyi planlaşdırıram" - deyə, Günel qeyd edir.

Gənc memarın klipartları ilə onun @guunii adlanan Instagram hesabında tanış ola bilərsiniz.

Mənbə: Buro247.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır