«Pegasus»dan növbəti endirim – 100 MANAT QƏNAƏT
28 İYUL

«Pegasus»dan növbəti endirim – 100 MANAT QƏNAƏT

Türkiyənin aşağıbüdcəli "Pegasus" aviaşirkəti daxili uçuşları  20 % ucuzlaşdırıb. Aviaşirkətdən fins.az-a verilən məlumata görə,  avqust ayının  8-dən oktyabr ayının 27-nə kimi daxili uçuşlara və Kiprə endirim tətbiq ediləcək. Məsələn, adi qaydada İstanbul-Antalya-İstanbul reysi üzrə qiymətlər 100-110 manat başa gəlirsə, indi bu və digər turizm bölgələrinə birbaşa uçuşlar üzrə minimal qiymətlər 76 manata kimi ucuzlaşıb.

Şirkətdən bildirilib ki, Azərbaycandan Türkiyənin bölgələrinə “Pegasus”la uçanlar  yeni kampaniyadan istifadə edərək biletləri adi qaydadan 40 %  daha ucuz əldə edə bilərlər.Məsələn, Qəbələdən birbaşa İzmirə və ya Antalyaya bilet sifariş edənlər gediş dönüş bileti üçün 376 manat ödəməli olurlar.Amma kampaniya müddətində  Qəbələdən İstanbula ikitərəfli bileti sifariş etmək minimal qiymətlə 193 manata, Antalyaya gediş dönüş biletini almaq isə 76 manata başa gəlir. İki bileti almaq cəmi 269 manat xərc tələb edir. Bu isə 107 manat daha ucuzdur.

Qeyd edək ki, Türkiyədə daxili uçuşlarla bağlı endirimdən yararlanmaq  üçün  biletləri onlayn şəkildə və ya mobil tətbiq vasitəsilə  iyulun 30-na kimi sifariş etmək lazımdır. Daxili uçuşlar üçün 15 kiloqram baqaj və 8 kiloqramlıq əl yükü pulsuzdur.      

Türkiyə üzrə 20 % endirim tətbiq edilən uçuşların siyahısı belədir: 

İstanbul– İzmir – İstanbul 
İstanbul-Antalya-İstanbul
İstanbul-Bodrum-İstanbul
İstanbul- Dalaman- İstanbul
İstanbul- Edremit-İstanbul
İstanbul-Alanya/Gazipaşa-İstanbul
İzmir-Antalya-İzmir
Adana-Antalya-Adana
Adana – Bodrum- Adana
Ankara –Bodrum- Ankara
Antalya-Diyarbakır-Antalya
Antalya-Elazığ-Antalya
Antalya-Trabzon-Antalya
Antalya-Kayseri-Antalya
İstanbul-Kıbrıs-İstanbul
İzmir-Kıbrıs-İzmir
Adana-Kıbrıs-Adana
Antalya-Kıbrıs-Antalya
Hatay-Kıbrıs-Hatay
Gaziantep-Kıbrıs-Gaziantep
Ankara-Kıbrıs-Ankara
Ordu-Giresun-Kıbrıs-Ordu Giresun 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır