«Qalaaltı Hotel»də müalicə neçəyədir? - QİYMƏTLƏR
28 İYUL

«Qalaaltı Hotel»də müalicə neçəyədir? - QİYMƏTLƏR

«AtaTravel» MMC  «Qalaaltı Hotel & SPA» müasir müalicə-istirahət kompleksinə endirimli tibbi paketlər  təklif edir. Şirkətdən fins.az-a verilən məlumata görə, «Qalaaltı Hotel & SPA» müasir müalicə-istirahət kompleksində otel xidmətləri,  müayinə və müalicə prosedurları  və gündə 3 dəfə yemək daxil olmaqla paketlərin 1 həftəlik qiyməti 2 nəfər üçün 939 AZN təşkil edir.

Burada  nevroloji, uroloji, kardioloji, qastroentroloji, hərəkət-dayaq sistemi və s. xəstəliklər  müalicə olunur.  «Mərkəzdə yüksək səviyyəli istirahətdən əlavə, çox effektli müalicəni təmin edən gözəl şərait və çox peşəkar həkimlər var. Burada böyrək daşları cərrahi əməliyyatsız düşürülür.

Böyrək xəstəliklərinin ölkəmizdə və dünyada çox geniş yayılmış və ağır xəstəliklərdən olduğunu nəzərə alsaq, bu mərkəzdə təbii yollarla və üsullarla bu xəstəlikdən azad olması çox böyük göstəricidir.  Qalaaltı suyu çox müalicəvi  və neft tərkiblidir»-deyə məlumatda bildirilir.

Dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşən  kompleksdə  uşaqların istirahəti   üçün oyun otağı və uşaq oyun meydançası da var. Buradakı əyləncə mərkəzi çox genişdir və 5400 kvadratmetr ərazini əhatə edir.  Ümumilikdə təxminən 7,1 hektar sahəsi olan kompleksdə 354 nəfəri qəbul edə biləcək otel, villa və kotteclər var.

«Qalaaltı Hotel & SPA»  sağlamlıq və istirahət mərkəzində  iki nəfər üçün bir günlük   istirahət  130 mana  təşkil edir. Bu qiymətə iki nəfər üçün 3 dəfə yemək, istirahət və əyləncə daxildir. Müalicə daxil olmaqla qiymətlər isə belədir: «Superior» otaqlarda

7 günlük tək 614 manat, iki nəfər üçün 939 manat;

14 günlük  tək 1100 manat, iki nəfər üçün 1669 manat;

21 günlük tək 1562 manat, iki nəfər üçün 2360  manat.

Daha geniş məlumatı «AtaTravel»-dən almaq olar. Qeyd edək ki, «AtaHolding» Şirkətlər Qrupunun turizm sektorunda  «AtaTravel», «AtaTurizm» və “Excelsior Hotel  Baku» oteli fəaliyyət göstərir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır