Qəbələdə yeni hotel açılır
01 AVQUST

Qəbələdə yeni hotel açılır

Azərbaycanda bu ilin noyabr ayında məşhur italyan hotel brendi "Chenot"un yeni hotel-sağlamlıq kompleksi açılacaq.
Fins.az “report”a istinadən xəbər verir ki, "Chenot Palace Sağlamlıq Wellness Hotel Gabala" Qəbələ rayonunda açılacaq.

Nohur gölün sahilində 6 min kv.m. ərazidə yerləşən hotelin əsas fəaliyyət istiqaməti müştərilərə spa prosedurları, krioterapiya, hidro-aromaterapiya, palçıq müalicəsi kimi müalicəvi xidmətlərin göstərilməsi olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır