Türkiyəyə gedən turistlərin sayı azalıb-STATİSTİKA
02 AVQUST

Türkiyəyə gedən turistlərin sayı azalıb-STATİSTİKA

Bu ilin II rübündə Türkiyənin turizm sektorunun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,6% azalaraq 5 mlrd. dollar təşkil edib.

Fins.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Statistika İnstitutu məlumat yayıb. 

Hesabat dövründə Türkiyəyə 7,5 mln. turist gəlib. Bunlardan 2 mln. nəfəri xaricdə yaşayan türklərdir.

İyunda Türkiyəni ziyarət edən turistlərin sayı 40,86% azalaraq 2,4 mln. nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır