Rusiya da "Tax-free"yə keçir
02 AVQUST

Rusiya da "Tax-free"yə keçir

Rusiyada gələn il yanvarın 1-dən etibarən "Tax-free" sisteminin tətbiqinə başlanılacaq. 

Bununla bağlı Rusiya hökuməti qərar qəbul edib.

Qərara əsasən, "Tax-free"nin tətbiqi iki mərhələdə həyata keçiriləcək. Əvvəlcə bu sistemə 5 iri mağaza qoşulacaq. 2017-ci il iyulun 1-dən isə sistem tam həcmdə istifadəyə veriləcək.

Pilot layihənin ilk olaraq Moskva, Sankt-Peterburq və Kazan şəhərlərində reallaşdırılması nəzərdə tutulub. Hazırda yeni sistemin operatoru olacaq qurumlar seçilir.

Pilot layihənin icrası başa çatdıqdan sonra "Tax-free" sisteminə qoşulmaq istəyən sahibkarlar Rusiya Sənaye və Ticarət Nazirliyindən sertifikat almalı olacaqlar.

Rusiyada "Tax-free" sistemindən istifadə etmək istəyənlər minimun 10 min rubl dəyərində qeyri-ərzaq malı almalı olacaqlar. Xarici vətəndaşlara bütün alış-veriş məbləğinin 18%-lik ƏDV hissəsi qaytarılacaq. 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır