İsveçdə kurort mənzillərinin fərdi icarəsi populyarlaşır
09 AVQUST

İsveçdə kurort mənzillərinin fərdi icarəsi populyarlaşır

İsveçlilərin 3/1 hissəsi istirahət üçün oteldə qalmaq əvəzinə fərdi sahibkarlardan mənzil icarə etməyə üstünlük verirlər.

2016-cı ildə ölkədə bütün kurort mənzil icarəçilərinin 37%-i “Airbnb” veb saytı vasitəsi ilə evləri bir başa fərdi sahibkarlardan icarəyə götürürdülər. Bu 2015-ci il nəticələrindən 10% çoxdur.

“Airbnb”-nin məlumatı görə bu ilin mayı üçün İsveçdə 13 min mənzil icarəyə verilib. Bu ilin nəticələri 2015-ci ilin eyni dövrününü nəticələrindən 69% çoxdur. Lakin mənzillərin kütləvi şəkildə icarəsi ölkənin otel industriyasına heç bir mənfi təsir göstərməyib. İsveçin “Visita” turizm sənayesi müəssisələri birliyinin məlumatına əsasən son 3 ildə otellərdən bron edilmiş nömrələrin sayı davamlı şəkildə artır.

Buna səbəb həm daxili həm də xarici turist axınıdır. Bu il üzrə yenilənmiş məlumatlar yoxdu, ancaq aydındır ki, müsbət tendensiya var. 2015-ci ilin nəticələrinə görə kurort evlərinin fərdi icarəsi 7%, daxili turizm göstəricisi 6%, əcnəbilərin ölkədə qaldıqları gecələrin sayı isə 10.5% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır