Bakıda növbəti info-tur
09 AVQUST

Bakıda növbəti info-tur

Mədəniyyət və Turizm Nazirliyinin Rusiyadakı turizm nümayəndəliyi olan “Tour A Vent” şirkətinin təşkilatçılığı ilə “Московский Комсомолец” qəzetinin kommersiya şöbəsinin yubileyi münasibətilə bir qrup nümayəndə heyətinin Azərbaycana səfəri baş tutub.

Səfər çərçivəsində qonaqlar üçün paytaxt Bakıda ekskursiyalar təşkil olunub. İçərişəhər Dövlət  Tarix-Memarlıq Qoruğuna səfər edən qonaqlar Şirvanşahlar sarayı, Qız Qalası və Karvansarada olublar.

Qonaqlar yerli mətbəxin növbənöv təamları ilə tanış olublar. Həmçinin, çimərlik mövsümü ilə bağlı dənizkənarı gəzintilərə də üstünlük verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır