“Qəbələ” Park-Bulvar açıldı
10 AVQUST

“Qəbələ” Park-Bulvar açıldı

Prezident İlham Əliyev  “Qəbələ” Park-Bulvar Kompleksinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib. 

Fins.az-ın  APA-ya istinadən xəbərinə görə, dövlət başçısına kompleks barədə məlumat verilib.  Qeyd olunub ki, kompleksin inşasına 2013-cü ilin may ayında başlanılıb və bu il başa çatdırılıb. Rayonun daxili imkanları hesabına salınan kompleksin ümumi sahəsi 10 hektardır.

 

Qəbələ şəhərinin ərazisindən keçən, meşə sularından qidalanan Qaraçay çayının hər iki sahilində salınmış parkın ərazisində səkkiz körpü tikilib, doqquz fəvvarə, uşaqlar üçün karusel quraşdırılıb. Geniş yaşıllaşdırma işlərinin görüldüyü ərazidə müxtəlif sosial obyektlər, yay kafesi, çay evi tikilib, 3,5 kilometr uzunluğunda piyada gəzinti zolağı salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır