Azərbaycana nə qədər turist gəlib – STATİSTİKA
11 AVQUST

Azərbaycana nə qədər turist gəlib – STATİSTİKA

Ötən il Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 2 006,2 min nəfər, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı isə 4 095,8 min nəfər olub.

Fins.az-ın Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən bildirir ki, Azərbaycana gələn xarici ölkə vətəndaşlarının 1 921,9 min nəfəri ölkəyə turizm məqsədilə səfər edib. Onların 668,8 min nəfəri istirahət, əyləncə turizmi, 632,3 min nəfəri işgüzar turizm, 36,5 min nəfəri müalicə turizmi, 11,5 min nəfəri dini turizm məqsədilə ölkəyə gəlib.

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 3 256,2 min nəfərinin səfərinin məqsədi turizm olub. Onların 1 045,2 min nəfəri istirahət, əyləncə turizmi, 1 045,2 min nəfəri işgüzar turizm, 140,0 min nəfəri müalicə turizmi, 133,5 min nəfəri dini turizm məqsədilə xaricə gedib.

Azərbaycana gələn xarici ölkə vətəndaşları arasında Rusiya, Gürcüstan və İran ilk 3 yeri tutur. Ötən il Azərbaycana Rusiyadan 685 555 (2014-cü ildə 843 851), Gürcüstandan 571 648 (2014-cü ildə 699 532), İrandan 149 600 (2014-cü ildə 131 179) nəfər gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır