Turistlər olimpiyadaları sevmirlər – RİODA OLDUĞU KİMİ
11 AVQUST

Turistlər olimpiyadaları sevmirlər – RİODA OLDUĞU KİMİ

İlk növbədə şəhərin nələr əldə edəcəyi və gəlirini düşünərək Beynəlxalq Olimpiya Komitəsi ildə iki dəfə toplanır. Ümumiyyətlə, tikinti sektoruna ayrılan vəsaitləri və oyunların hazırlıq müddətində qazancı, əlavə xərcləri düşünülür.

Yay olimpiya oyunlarının keçirilməsinə 15-20 milyard dollara qədər büdcə ayrılır. Bu büdcəyə ayrıca rezervasiya işləri, yaşayış məkanının tikintisi, təhlükəsizlik və əlavə infrastruktur işləri daxildir.

Buna feed-back olaraq isə turizmin inkişaf edəcəyi, xarici investisiyaların və ticarətin artacağını söylənməkdədir. Amma araşdırmalar bu iddianı dəstəkləmir.

Londonda turist sayı azalıb

Əgər olimpiadaların turizmə  təsirini nəzərə alsaq, bir əvvəlki ev sahibi olan Londonda bu ilin iyul və avqust ayı ərzində şəhəri ziyarət edən turistlərin sayında artım olmayıb. Əksinə 5% azalma qeydə alınıb.

Mağazalar, restoranlar, teatrlar, muzeylər, hətta Londonun ən işlək Qovşağı olan Piccadilly Circus-da olimpiadanın 17 günü ərzində turist  hərəkətliliyi  görülmədi.

Eksər turistlər olimpiadalara ev sahibliyi edən şəhərlərdən qaçmaqdadır. Buna səbəb kimi şəhərin hədsiz izdihamlı olması, nəqliyyat çətinlikləri, bahalılıq göstərilir. Nəticə etibarilə ekspertlər belə qərara gəliblər ki, olimpiyadalar turizmə xeyirdən çox ziyan vurur.Turizmdən başqa olimpiyadaların xərclərinin yaratdığı maliyyə stressi isə şəhərin iqtisadi cazibəsini daha da azaldır.

Olimpiadadan öncə Rio təbii gözəlliyi, əyləncəni sevən həyat tərzinə açıq bir şəhər kimi seçilərkən, indi şəhər korrupsiya, şiddət, çirklilik, siyasi qeyri-sabitlik, əziyyətli nəqliyyat  və ZIKA virusu ilə əlaqədar mənfi şəhər imici qazanmaqdadır.

Ona görə də oyunlara ev sahibliyi etmək hər şəhər üçün bir qumardır. Xüsusilə də daha az inkişaf etmiş şəhərlər Olimpiya Komitəsinin meyarlarını qarşılamaq üçün daha çox pul xərcləmək məcburiyyətində qalırlar. Bu şəhərlər isə hər nə qədər lazımlı infrastruktura sahib olsa da, oyunlardan sonra öz inkişaf etmiş turizm və iqtisadiyyat sektorlarını risk altına atırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır