Həftə sonu hara gedək – İSTİQAMƏTLƏR və MARŞRUTLAR
12 AVQUST

Həftə sonu hara gedək – İSTİQAMƏTLƏR və MARŞRUTLAR

Bu iş həftəsini də belə yola saldıq və tam ixtiyarımız var ki, istirahət günü üçün gözəl məkanlar seçək. Və yenə sizə paytaxtda və regionlarda maraqlı vaxt keçirmək üçün təsadüfi seçilmiş yerləri  təqdim edirik.

Dənizkənarı hovuz

POOL Bakı 

Khazar İslands-ın ərazisində yerləşən POOL Bakı  bu şənbə hər kəsi növbəti "POOL UP party vol.4"-də dəvət edir. Sizləri axşamadək Moskvadan xüsusi dəvət almış dj Eddie Flash öz rəngarən musiqi miksləri ilə əyləndirəcək. Sözgəlisi, saat 13:00 və 14:00-da "28 May" metro stansiyasından sizləri POOL UP Partiyə tamamilə ödənişsiz shuttle avtobusları çatdıracaq.

POOL-dan xanımlara sürpriz də hazırlayıb: Həftənin 2-ci və 5-ci günləri burada qəlyan pulsuz olacaq! Giriş – 10 manatdır.

Halikarnas Balıkçısı

Halikarnas Balıkçısı kompleksi sizi "İBİZA PARTY"yə dəvət edir.  Avqustun 13-də Xəzərin sahilində dj-lər Karim, Rasl, Crash, Fogy, KmL iştirak edəcəklər. Burada canlı musiqi, ləziz yeməklər və gözəl atmosfer istirahət edənləri məmnun salacaq.

Piknik

“Qobulənd”

Həftə sonunu hər cəhətdən səmərəli keçirmək istəyənlər isə Bakı ətrafındakı ən yaxşı piknik zonasına üz tuta bilərlər. Bakı-Şamaxı  yolunun Qobustan rayonuna yaxın ərazisində yerləşən piknik zonası “Qobulənd” istirahət mərkəzinin ərazisində fəaliyyət göstərir. Bura ailəvi və qrup formasında istirahəti sevənlər üçün ən yaxşı variantdır.

Piknikin ərazisində  2 restoran və göl var. Amma istirahət zonasının əsas xüsusiyyəti və başqalarınan fərqi burada  “özü bişirib özü yeyənlər” üçün də şəraitin olmasıdır. Belə ki, bura gələnlər restoranın xidmətlərindən istifadə etmədən ərazidə özləri kabab çəkə, və əylənə bilərlər. Bunun üçün lazım olan əti elə istirahət mərkəzinin həyətindən almaq, ləvazimatları isə icarəyə götürmək olar.

Kabab bişirmək üçün müştərilərə manqal, samovar və digər ləvazimatlar kirayə verilir.  3 saata qədər bu ləvazimatlardan istifadə 30 manata, günlük kirayə isə 50 manata başa gəlir.

Piknik zonasında lazımı ərzaq və ət məhsulları da təklif edilir. Şamaxıdan gətirilən  quş əti və digər ət məhsulları şəhər qiymətləri ilə müqayisədə 1-2 manat ucuz təklif edilir. Bundan əlavə müştərilər göldən balığı özləri də tuta bilər

Bundan əlavə piknik zonasında müxtəlif növ əyləncələrdən istifadə etmək olar. Katamarandan yarım saatlıq istifadə 5 manat, velosiped sifariş  etmək 2 manatdır. Painboll 10 nəfərlikdir. Bunun üçün 100 güllə 10 manatdır. Kartinqdən  10 dəqiqəlik istifadə 8 manat, yarım saatlıq qolf maşınları  sürmək isə   10 manata başa gəlir. Piknik zonasında şeytan çarxı və eletrik avtmobilləri də var. Bu əyləncələrdən istifadə isə 1 manatdır. Voleybol və tennis meydançası isə boş olduğu halda buradan pulsuz istifadə etmək olar.

«Qobulənd» istirahət, ailəvi və dostları ilə birgə səyahəti xoşlayanlar, eləcə də qrupp şəklində istirahət etməyi sevənlər üçün çox sərfəlidir. Bakıdan uzaqda olmadığı üçün bura minik avtomobili ilə asanlıqla çatmaq olar. Minik avtomobili olmayanlar istirahət mərkəzinə Bakıdan avtobuslarla gələ bilərlər. 

Kanat yolu

Təbiətin qoynunda, yam-yaşıl dağlara qalxıb mənzərəni seyr etmək istəyirsinizsə, kanat yolunda gəzintini seçin. Müasir kanat yolu Azərbaycanın bir neçə bölgəsində fəaliyyət göstərir:

Qusar “Şahdağ” Turizm Kompleksi

Qəbələ“Tufandağ” Turizm Kompleksi

Altıağacda “Cənnət Bağı” Turizm Kompleksi

Balakən "Qubek Hotel"

 

Şəhər səs-küyündən uzaq, saf təbiətin vəhdəti Sizin əhval-ruhiyyənizə xüsusi ovqat bəxş edəcək.

Kanatların orta qiyməti 5 manatdır.

Balıq tutmaq

Əyər siz balıq tutmağı sevirsinizsə, lakin buna bütün gününüzü həsr etmək istəmirsinizsə onda Şəkidəki Forel təsərrüfatçılığının tərkibində fəaliyyət göstərən restorana buyura bilərsiniz. Balığı həm əlinizlə, həm də tilov ilə tuta bilərsiz. Üstəlik elə oradaca onu sizə istədiyiniz formada bişirib masalarınıza təqdim edəcəklər.  Qeyd edək ki, Şəki-Zaqatala yolunda bir neçə restoran forel adını daşıyır. Lakin yalnız Şəkidəkinin adını orfoqrafik cəhətdən düzgün yazıblar.

Park gəzintisi

Çox əfsuslar olsun ki, Bakı sakinləri arasında təbiət vurğunu olanlardan çoxunun Abşeron Milli Parkından xəbəri yoxdur. Abşeron Milli Parkı-paytaxt Bakıya ən yaxın olan təbii abidə, ekoturizm üçün ən əlverişli nöqtə, Abşeron yarımadasında ən təmiz dəniz suyu, ən təmiz havası olan məkandır. Milli Park Bakının cənub-şərq qurtaracağında - Şah Dili ərazisində - “qartalın burnunda” yerləşir. Parka giriş 2 manatdır.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır