Azərbaycanın turizmdən gəlirləri nə qədər olacaq? – PROQNOZ
15 AVQUST

Azərbaycanın turizmdən gəlirləri nə qədər olacaq? – PROQNOZ

Bu il ərzində Azərbaycanın turizmdən gəlirləri 1,834 mlrd. ABŞ dollarına çatacaq. Fins.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “World Travel and Tourism Council”in (WTTC – Dünya Səyahət və Turizm Şurası) ekspertləri açıqlama yayıblar. Açıqlamaya görə, 2015-ci ilə nisbətən Azərbaycana gələn turistlərin sayı 6,4% artaraq 1 mln. nəfərə çatıb.

Araşdırmalara görə, hər gün ərəb ölkələrindən 600-1 000 nəfər turist Azərbaycana səyahət edir. Həmin ərəb ölkələri arasında Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Oman və İraq vətəndaşları üstünlük təşkil edirlər ki, onlar da gün ərzində ölkədə minimum 150-200 dollar xərcləyirlər.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı məlumata görə, bu ilin mayında ötən illə müqayisədə ölkəyə gələn turistlərin sayı 30 dəfə artıb.

Ekspertlər 2015-ci ildə manatın devalvasiyasından sonra ölkənin daha cəlbedici olduğunu qeyd edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır