Gürcüstana sərmayə qoyuluşunda Azərbaycan birinci olub
16 AVQUST

Gürcüstana sərmayə qoyuluşunda Azərbaycan birinci olub

Gürcüstana birbaşa xarici investisiya həcminə görə Azərbaycan birinci yerdədir.

Fins.az-ın APA-ya istinadən məlumatına görə,  2015-ci ildə Gürcüstana birbaşa xarici investisiyalar 1,564 milyard ABŞ dolları təşkil edib, bu investisiyaların həcmi 2014-cü illə müqayisədə 11% azdır.

2015-ci ilin rəqəmlərinə əsasən, Gürcüstana yatırılan birbaşa xarici investisiya həcminə görə  Azərbaycan 35%-lıq  pay ilə birinci yeri tutub (550 milyon dollar). Birləşmiş Krallıq 25% ilə ikinci (386 milyon dollar), Niderland isə 10% ilə üçüncü (155 milyon) yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır