"Lufthansa" Rusiyaya uçuşları dayandırdı
19 AVQUST

"Lufthansa" Rusiyaya uçuşları dayandırdı

Almaniyanın məşhur "Lufthansa" avia şirkətinin bir qolu olan "Eurowings" şirkəti Rusiya ilə müqaviləni birtərəfli şəkildə dayandırib. Fins.az xəbər verir ki, şirkət bu ölkəyə uçuşları ləğv etdiyini açıqlayıb. 

Son uçuş tarixi bu il noyabr ayına planlaşdırılıb. 
 
Uçuşların dayandırılmasına səbəb bu reysin iqtisadi gözləntiləri doğrultmaması olub. Bu vəziyyət Rusiya tərəfini narazı salıb və onlar bunu Berlinə bildiriblər. 
 
İndi Rusiya tərəfi noyabr ayından sonraya alınan biletləri necə kompensasiya etməyin yollarını düşünür. 
 
Qeyd edək ki, "Eurowings" 2015-ci ilin payızında Moskvaya uçuşlarda "Air Berlin" şirkətini əvəz edirdi.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır