Şəkidə beynəlxalq teatr festivalı keçiriləcək
24 AVQUST

Şəkidə beynəlxalq teatr festivalı keçiriləcək

Sentyabrın 15-dən 24-dək Şəkidə “Üç məkan” II Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində reallaşacaq festival Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçiriləcək.

Beynəlxalq festivalda Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin teatr kollektivləri iştirak edəcək. Ölkəmiz bu festivalda 5 teatr - Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı və Gəncə Dövlət Dram Teatrı ilə təmsil olunacaq. Festivalın bəzi tamaşaları Bakıda və Mingəçevirdə nümayiş etdiriləcək.

Festival çərçivəsində Azərbaycan peşəkar milli teatrının 144-cü mövsümünün açılışı olacaq. Şəki Dövlət Dram Teatrının foyesində teatr sənətinə dair sərgi nümayiş etdiriləcək.

Mənbə: AzərTAg

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır