Azərbaycanda “shopping festival” keçiriləcək
02 SENTYABR

Azərbaycanda “shopping festival” keçiriləcək

Gələn ildən etibarən hər il Azərbaycanda ticarət festivalları keçiriləcək. Fins.az xəbər verir ki, bunun üçün 2017-ci ilin dövlət büdcəsindən vəsait ayrılması tapşırılıb. 

Bu tədbirlərlə bağlı Prezident İlham Əliyevin dünən imzaladığı turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamında Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıqlar verilib.

Sərəncama əsasən, beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının (“shopping festival”) hər il keçirilməsini təmin etmək tapşırılıb.

Maliyyə, Vergilər nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə birlikdə ticarət festivallarında pərakəndə satış zamanı müvafiq güzəştlərin və təşviqlərin, o cümlədən vergi güzəştlərinin verilməsi ilə bağlı təkliflər 3 ay ərzində hazırlanıb əlkə başçısına təqdim edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır